Naftalan — Azərbaycanın qərb bölgəsində Goranboy rayonu yaxınlığında turistik əhəmiyyətli şəhər. 28 aprel 1967-ci ildən respublika tabeli şəhərdir. Naftalan barədə hələ XI əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi özünün yazdığı Xəmsə əsərində yazmışdı. O, indiki Naftalanın yaxınlığında yerləşən Səfi-Kürd adlanan ərazidən neft çıxarıldığını və onun karvanlarla başqa ölkələrə daşındığını bildirirdi. XIII əsrdə yaşamış avropalı səyyah Marko Polo da Azərbaycan ərazisindən keçərkən Naftalan ərazisində müalicəvi yağın quyulardan çıxarılaraq dəvələr vasitəsilə başqa yerlərə daşındığını yazmışdı. 1783-cü ilə kimi burada Naftalan yağı əl ilə qazılmış quyulardan çıxarılırdı. 1890-cı ildə alman mühəndisi və iş adamı E.İ.Yeger Naftalanda sənaye üsulu ilə qazma qurğusu vasitəsilə 250 metr dərinliyə qədər quyu qazaraq orada neft çıxarmağa başladı. Lakin çıxan neftin keyfiyyəti onu heyrətə gətirdi. Buradan çıxan neftin tərkibində heç bir benzin fraksiyalı yox idi və o yanmırdı. İflasa uğramaq ərəfəsində olan alman mühəndis iş adamı buradakı adamlardan dərmanların hazırlanması təcrübəsini öyərnərək bunun əsasında Naftalanda dərman mazı istehsal edən fabrik tikir. Onun istehsal etdiyi dərmanlar tezliklə bir çox yerlərdə tanınmağa başlayır.
Naftalan adının etimologiyası “süzülən” və ya “axıb gedən” mənasını verən “nafta” sözündəndir. Midiyalılar yağı bu cür adlandırırdılar.
aftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitələrdən biridir. Naftalan şəhərində yerləşən mənbələrdən çıxarılır.
Qədim rəvayətə görə Medeya adlı cadugər qadın qədim yunan eposunun qəhrəmanı arqonaft Yasona qəribə bir məlhəm bağışlamışdır. Bu məlhəm onu oddan və yanğından qoruyur, bədəninə alov təhlükəsi olmamaq xassəsi bəxş etmişdir. Qədim dövrlərdə Asiyanın müxtəlif guşələrindən, eləcə də uzaq Hindistandan Azərbaycana üz tutan minlərlə adam müxtəlif xəstəliklərdən xilas olmaq üçün buradan naftalan nefti aparır, öz vətənlərində həmin neftin köməyi ilə müalicə olunurdu. Neft tuluqları yüklənmiş dəvə karvanları buradan Şərq ölkələrinə yollanırdı.
1887-ci ildə Yeger familiyalı bir alman mühəndisi Almaniyada “Naftalan” məlhəmini istehsal etməyə başlamışdır. Bu məlhəm dünyanın bir sıra ölkələrinə ixrac edilirdi. Rus-Yapon müharibəsi dövründə yapon əsgərlərinin çantalarında içərisində naftalan məlhəmi olan kiçik qablar olurdu. Həmin qabların üzərində qısa, lakin çox ümidverici bir yazı vardı: “Kimdə bu məlhəm varsa, o heç bir yaradan qorxmasın”.
“Naftalan Məlhəmi” MMC şirkəti 2017 ci ildən fəaliyyət göstərir və Azərbaycanda təbii Naftalan yağları emal edən aparıcı kompaniyalardan biridir.
Azərbaycanın təbii sərvətlərindən olan naftalan yağını dünya bazarına itxal edirik. Məqsədimizi yalnız itxal deyil, ölkəmizi və onun bu dəyərli sərvətini layiqincə təmsil etməkdir. İstər təqdim olunan məhsulun tərkibi, istərsə də, görünüşü ən yüksək səviyyədə həyata keçirilir.
Yalnızca ölkəxarici deyil, ölkədaxilində də istifadəçilərə təqdim etdiyimiz bu yüksək keyfiyyətli məhsullarımızla xidmətinizdəyik.
Hal-hazırda istehlakçılar üçün 2 məhsul təqdim etməkdəyik. “Naftalan Yağı” və “Ağ Naftalan Yağı” məhsul çeşidlərimiz fərqli qablaşdırılmalarda təqdim olunur. Yaxın gələcəkdə məhsul bazamızı daha da genişləndirərək, fərqli çeşidlərlə xidmət göstərəcəyik.
Məhsullarımız istehsal müddətindən etibarən 5 il saxlana bilər. Qaranlıq yerdə olmaqla 10 C-dən – 25 C-dək tempraturda saxlanılmalıdır. Məhsullarımızın tərkibinin 98%-ini naften karbohidrogenləri təşkil edir, 2 %-ini isə izoalkanlar (izoparafinlər) təşkil etməkdədir.