“Naftalan Məlhəmi” MMC şirkəti 2017 ci ildən fəaliyyət göstərir və Azərbaycanda təbii Naftalan yağları emal edən aparıcı kompaniyalardan biridir.
Azərbaycanın təbii sərvətlərindən olan naftalan yağını dünya bazarına itxal edirik. Məqsədimizi yalnız itxal deyil, ölkəmizi və onun bu dəyərli sərvətini layiqincə təmsil etməkdir. İstər təqdim olunan məhsulun tərkibi, istərsə də, görünüşü ən yüksək səviyyədə həyata keçirilir.
Yalnızca ölkəxarici deyil, ölkədaxilində də istifadəçilərə təqdim etdiyimiz bu yüksək keyfiyyətli məhsullarımızla xidmətinizdəyik.
Hal-hazırda istehlakçılar üçün 2 məhsul təqdim etməkdəyik. “Naftalan Yağı” və “Ağ Naftalan Yağı” məhsul çeşidlərimiz fərqli qablaşdırılmalarda təqdim olunur. Yaxın gələcəkdə məhsul bazamızı daha da genişləndirərək, fərqli çeşidlərlə xidmət göstərəcəyik.
Məhsullarımız istehsal müddətindən etibarən 5 il saxlana bilər. Qaranlıq yerdə olmaqla 10 C-dən – 25 C-dək tempraturda saxlanılmalıdır. Məhsullarımızın tərkibinin 98%-ini naften karbohidrogenləri təşkil edir, 2 %-ini isə izoalkanlar (izoparafinlər) təşkil etməkdədir.
Fəaliyyət göstərdiyimiz qısa müddət ərzində aldığımız müştəri rəyləri göstərdiyimiz fəaliyyətə verilən ən böyük dəyərdir. Bu rəylər inkişafımıza təkan verir.